“ABŞ Tayvanı hərbi yolla da olsa qoruyacaq...”

“ABŞ Tayvanı hərbi yolla da olsa qoruyacaq...”

ABŞ prezidenti Cozef Bayden Çinin Tayvana hücum ediləcəyi təqdirdə Tayvanı Çindən hərbi yolla müdafiə edəcəyinə söz verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, CBS telekanalı Vaşinqtonun mümkün “Çin təcavüzü”nə qarşı Tayvanı müdafiə edib-etməyəcəyi sualına ABŞ prezidenti Cozef Bayden “bəli, əgər görünməmiş bir hücum olarsa” cavabını verib.

ABŞ-ın Tayvanı müdafiə etmək üçün fiziki olaraq əsgərlərini göndərib-göndərməyəcəyi sualına Bayden müsbət cavab verib.

Bu arada “Vedomosti” xəbər verir ki, Bayden ABŞ-ın Tayvanı Çindən tam müstəqillik əldə etməyə məcbur etmədiyini də bildirib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning Baydenin bəyanatına cavab olaraq Tayvanın müstəqilliyi tərəfdarlarına "yanlış siqnallar göndərməməyə" çağırıb.

Mao deyib ki, Pekin Baydenin Tayvanla bağlı mövqeyini "çox narazıdır və qətiyyətlə pisləyir".

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə