"Təbii qaz hasilatına ən qısa zamanda başlanacaq" - İSRAİL

"Təbii qaz hasilatına ən qısa zamanda başlanacaq" - İSRAİL

İsrail Aralıq dənizində Livanla sərhədindəki mübahisəli Kariş yatağından təbii qaz hasilatına "mümkün qədər tez" başlayacağını açıqlayıb. SİA xəbər verir ki, Təl-Əviv "Livan və İsrail arasında iki ölkə vətəndaşlarının mənafeyinə xidmət edəcək dəniz xətti ilə bağlı razılaşmanın mümkün və zəruri olduğuna inanır". Belə bir razılaşmanın çox faydalı olacağı və regional sabitliyi artıracağı vurğulanan bəyanatda sərhədin müəyyən edilməsində İsrail hökumətinin vasitəçisi olan ABŞ rəsmisi Amos Hokşteynə “razılaşmaya dair ciddi iş” üçün təşəkkür edilib.

Açıqlamada, İsrail ilə Livan arasında mübahisəli Kariş yatağından təbii qaz hasilatının "ən qısa müddətdə təxirə salınmadan" başlayacağı bildirilib və bu yatağın dəniz yolunun müəyyən edilməsi üçün aparılan danışıqlarla əlaqəli olmayacağı iddia edilib. Livan prezidenti Mişel Aun gün ərzində verdiyi açıqlamada ABŞ-ın vasitəçiliyi ilə İsrail ilə mübahisəli dəniz sərhədi razılaşmasının tamamlanmasında son mərhələyə çatdıqlarını bildirib.

İsrail və Livan arasında təxminən 860 kvadrat kilometrlik dəniz mübahisəsi var. Hər iki ölkə bu regionun kontinental şelfinə iddialıdır. İsrail, Livan hökumətinin lisenziyalaşdırma prosesinə başladığı beş blokdan üçünün İsrailin kontinental şelfinin sərhəd bölgəsində olduğunu iddia edir. Livan tərəfi isə mübahisəli ərazinin 2290 kvadrat kilometr olduğunu bildirir. Dolayı danışıqlar 2020-ci ilin oktyabrında Birləşmiş Millətlər Təşkilatının himayəsi və ABŞ-ın vasitəçiliyi ilə İsrail və Livan arasında dəniz sərhədi mübahisəsini həll etmək üçün başlayıb. 2021-ci ilin mayında keçirilən beşinci raunddan sonra danışıqlar razılaşdırılmadan dayandırılıb.

İyunun 5-də İsrailin mübahisəli “Kariş” dəniz ərazisinə qazma gəmisi göndərməsi bölgədə gərginliyi yenidən artırıb. Livan prezidenti Aun İsraillə bir ildir dayandırılmış danışıqları bərpa etmək üçün iyunun 14-də ABŞ Dövlət Departamentinin enerji təhlükəsizliyi üzrə müşaviri Amos Hochstein ilə görüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə