İsveçrə Amerika istehsalı olan F-35 qırıcı təyyarələrinin alışına başladı

İsveçrə Amerika istehsalı olan F-35 qırıcı təyyarələrinin alışına başladı

2021-ci ildə İsveçrə Amerika istehsalı olan F-35 qırıcı təyyarələrini inventarına əlavə etmək üçün işlərə başlayıb. SİA xəbər verir ki, amma ABŞ istehsalı olan döyüş təyyarəsinə qarşı çıxan bir qrup ölkədə imza toplamağa başlayıb. İsveçrədəki böhran nəhayət başa çatıb. Hökumətdən verilən açıqlamada, Federal Silahlanma İdarəsinin bu gün 36 ədəd F-35A alması üçün ABŞ səlahiyyətliləri ilə razılığa gəldiyi açıqlanıb.

2027-ci ildə başlayacaq F-35A tədarükü 2030-cu ilə qədər davam edəcək və F-35A İsveçrə Hərbi Hava Qüvvələrində mövcud F/A-18 Hornets və F-5 Tigers təyyarələrini əvəz edəcək. Digər tərəfdən, hökumətin müxalifətin referendum prosesini gözləmədən müqavilə imzalaması tənqidlərə səbəb olub. Müxalifət partiyaları referendumun nəticələrini gözləmədən F-35A müqaviləsinin imzalanmasının qanunsuz olduğunu iddia edərkən, İsveçrə Parlamentinin Təftiş Komissiyası razılaşmanın “narahatedici” olduğunu, lakin “qanunlara zidd olmadığını” bildirib.

2020-ci ildə İsveçrədə keçirilən referendumda ordunun modernləşdirilməsi təklifi səs çoxluğu ilə qəbul edilsə də, modernləşmə çərçivəsində döyüş materiallarının hansı ölkələrdən alınacağı referendum mətnində göstərilməyib. Referendumdan sonra hökumət ABŞ-dan 36 ədəd F-35A almaq üçün 6 milyard İsveçrə frankı (6,1 milyard dollar) dəyərində ilkin müqavilə imzalayıb. Müxalifət partiyaları, 2020-ci il referendumunda F-35A-ların alınacağına dair heç bir işarənin olmadığı səbəbi ilə məsələnin ictimai səsverməyə çıxarılmasını tələb etmişdi. “F-35-ləri dayandırın” kampaniyası çərçivəsində imza toplayan müxalifət mayın 27-də referendum üçün lazım olan 100 min imzaya çatdıqlarını açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə