İngiltərə kraliçası II Elizabetanın rəsmi dəfn mərasimi Vestminster Abbey kilsəsində dünyanın müxtəlif ölkələrindən bir çox yüksək vəzifəli dövlət rəsmilərinin iştirakı ilə keçirilib. SİA xəbər verir ki, paytaxt Londondakı Vestminster Abbey kilsəsində saat 13.00-da başlayan dəfn mərasimində kraliçanın övladları, İngiltərə kralı III Çarlz, şahzadə Anne, şahzadə Endryu, şahzadə Edvard, həmçinin kraliça Kamilla, Uels şahzadəsi Uilyam və həyat yoldaşı Uels şahzadəsi Keyt Şahzadə Harri, Sasseks hersoqu, həyat yoldaşı hersoginya Meqan Markl və kral ailəsinin digər üzvləri iştirak ediblər.
Təxminən 2000 qonağın iştirak etdiyi dəfn mərasimində ABŞ prezidenti Co Bayden və xanımı Cil Bayden, Fransa prezidenti Emmanuel Makron, Avstraliyanın baş naziri Antoni Albanese, Kanadanın baş naziri Castin Trüdo, Polşanın baş naziri Mateus Morawiecki, İtaliya prezidenti Sercio Mattarella, İrlandiya Prezidenti Maykl Hiqqins, Ukrayna Prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Olena Zelenska olmaqla 500-ə yaxın dünya lideri və yüksək vəzifəli şəxsləri iştirak edib.
Dəfn mərasimində Türkiyəni təmsil edən xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib. Vestminster kilsəsindəki mərasimdə baş nazir Liz Truss kraliçanın xatirəsinə İncildən bir parça oxuyub. Bu hissədə İsanın şagirdlərinə cənnətdə yer vəd etməsi haqqında Yəhyanın İncilindən bir parça var idi. Sonra müxtəlif kilsə rəhbərləri çıxış ediblər. Kate Middleton mərasimə şahzadə Uilyam və uşaqları ilə birlikdə birinci sırada, Şahzadə Harri və Meqan Markl isə ikinci yerdə iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB