BMT-nin baş katibi Antonio Quterreş Ukraynadakı vəziyyətin dünyadakı digər mühüm böhranların həllini çətinləşdirdiyindən narahatdır.
SİA TASS-a istinadən xəbər verir ki, bunu dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
Düjarrikin sözlərinə görə, Ukraynadakı vəziyyət “qlobal təsir”ə malikdir və enerji və qida kimi böhranların həllini, eləcə də iqlim dəyişikliyi ilə mübarizəni çətinləşdirir.
“…Lakin bu, baş katibin bütün bu məsələləri gündəmə gətirməsinə mane olmur”, - Quterreş sözçüsü deyib bunu.
Xatırladaq ki, bir müddət bundan əvvəl BMT 2022-ci il üçün Dayanıqlı İnkişaf Məqsədləri hesabatında Ukraynada davam edən münaqişə səbəbindən 20 milyona yaxın insanın ifrat yoxsulluğa düçar ola biləcəyini bəyan etmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB