...Bu dəfə Tacikistan hakimiyyəti Tacikistan-Qırğızıstan sərhədində baş vermiş son silahlı münaqişə nəticəsində ölənlərin sayını rəsmən açıqlayıb. Belə ki, “Qırğızıstanın aqressiv hərəkətləri nəticəsində biz hazırda 41 nəfərin öldüyünü təsdiqləyə bilərik”,
Bunu Tacikistan xarici işlər nazirinin müavini Sodik İmomi diplomatik korpusun nümayəndələri ilə sentyabrın 19-da keçirdiyi brifinqdə deyib.
SİA-nın əldə etdiyi məlumata görə, amma o, ölənlərdən nə qədərin mülki vətəndaş və nə qədərinin isə hərbçi olduğunu deməyib.
Sodik İmominin sözlərinə görə, bu, hələ yekun rəqəm deyil. Çünki “yaralılardan bir neçəsinin vəziyyəti ağır olaraq qalır - həkimlər onların həyatları üçün mübarizə aparırlar”.
Qeyd edək ki, bir gün əvvəl Tacikistan XİN məlumat vermişdi ki, 14-17 sentyabr münaqişəsi zamanı Tacikistan-Qırğızıstan sərhədində iki uşaq və bir hamilə qadın da daxil olmaqla azı 30 mülki şəxs həlak olub.
Onu da qeyd edək ki, Tacikistan hakimiyyəti Qırğızıstanla sərhəddə münaqişə başlayandan bəri ilk dəfə olaraq ölənlərin rəsmi sayını açıqlayıb.
Bundan əvvəl Tacikistan Demokratik Partiyasının aşağı palatasının üzvü olan bir nəfər isə taciklər tərəfdən döyüşlərdə 60 nəfərin öldüyünü, 100-dən çox insanın isə yaralandığını bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB