Qırğızıstan və Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitələrinin (DTX) sədrləri iki ölkə arasında sərhəddə vəziyyətin sabitləşdirilməsi və sülhün bərqərar edilməsi haqqında protokol imzalayıblar.
SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Turmush agentliyi Qırğızıstan departamentinin rəhbəri Kamçıbek Taşiyevə istinadən məlumat yayıb.
Taşiyevin sözlərinə görə, Qırğızıstan tərəfi adından o, Tacikistan tərəfdən isə Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Saimumin Yatimov imzalayıb.
O, həmçinin Batken bölgəsində vəziyyətin sabitləşdiyini qeyd edib və çərşənbə axşamı daha bir görüşün planlaşdırıldığını bildirib.
Qeyd edək ki, Qırğızıstan və Tacikistan sərhədində vəziyyət sentyabrın 14-də gərginləşib. Qırğızıstan və Tacikistan sərhədində qarşıdurmalar cümə günü səhər saatlarında başlayıb.
Tərəflər bir-birini top atəşinə tutmaqda ittiham ediblər. Qırğızıstan hakimiyyəti 140 minə yaxın vətəndaşı təxliyə edib. Qırğızıstan tərəfdən 59 nəfərin həlak olduğu bildirilir...160-dan çox insan yaralanıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB