“Biz də Rusiyaya “birləşmək istəyirik”...”

“Biz də Rusiyaya “birləşmək istəyirik”...”

...Deyəsən, bunlar bizlərdə deyildiyi kimi, “küyə” düşüblər. Belə ki, “Donetsk və Luqansk Xalq Respublikaları”ndan sonra Xerson vilayətinin sakinləri də bölgənin Rusiyanın tərkibinə daxil olmasına təminat əldə etmək üçün mümkün qədər tez referendum keçirmək xahişi ilə yerli hakimiyyət orqanlarına müraciət edirlər.

Nə bilmək olar, çünki SİA bunu “RİA Novosti”yə istinadən xəbər verir. Xəbərə görə, vilayət administrasiyası rəhbərinin müavini Kirill Stremousov, bunun guya “Xerson əhlinin” arzusu olduğunu bildirib.

“...Xerson vilayətinin sakinləri müraciət edir və referendumun tez bir zamanda keçirilməsini istəyirlər, çünki onlar Rusiyanın gedəcəyindən qorxurlar. İnsanlar tərk edilməyəcəklərinə əmin olmaq istəyirlər. Söhbət Rusiya Federasiyasının subyektinə çevriləcəyimizə dair təminatlardan gedir”. Bunu da Stremousov bildirib.

Maraqlıdır ki, o, daha sonra “referendum son nöqtə olmadığını deyir: “...insanlar arxayın olmaq istəyirlər ki, onlardan qalmayacaqlar, tərk edilməyəcəklər və...ona görə də bu məsələnin qanuniləşdirilməsini xahiş edirlər”.

Xatırladaq ki, bir müddət bundan əvvəl Ukraynada xüsusi əməliyyatda iştirak edən Veter nişanlı elit rus bölməsinin döyüşçüsü bu münaqişənin digərlərindən fərqini adlandırmışdı. Onun sözlərinə görə, əsas fərq bütün dünyanın Rusiyaya qarşı vuruşmasıdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə