Kadırov daha bir könüllü qrupu Donbasa göndərib

Kadırov daha bir könüllü qrupu Donbasa göndərib

Daha bir könüllülər qrupu Qroznıdan Donbasa yola düşüb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov özünün Telegram kanalında məlumat verib.

O, göndərilən bütün döyüşçülərin Qudermesdə yerləşən Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetində hazırlıq kursları keçdiklərini də bildirib.

“Ən yaxşı təlimatçıların səriştəli rəhbərliyi altında könüllülər taktiki atıcılıq vərdişlərini təkmilləşdirib və ümumilikdə hərbi işlərin əsaslarına yiyələniblər. İndi onlar komandanlığın əmrlərini mümkün qədər operativ və tez yerinə yetirməyə hazırdırlar”.

Bunu respublika rəhbəri bildirib.

Onun sözlərinə görə, könüllülər qrupunu Çeçenistanın daxili işlər naziri Ruslan Alxanov, Çeçenistan hökumətinin sədr müavini Abuzaid Vismuradov və regionun daxili işlər nazirinin müavini Aslan İrasxanov yola salıblar.

Yadınızda olar, Kadırov daha əvvəl federal dövlət olan Rusiyada regionların istənilən təşəbbüsün təşəbbüskarı ola biləcəyini demişdi. Onun fikrincə, onlardan biri “özünü səfərbərlik” olmalıdır, çünki Kremlin hərbi vəziyyət elan etməsini gözləməyə ehtiyac yoxdur.

Qeyd edək ki, Kadırovun bu “çağırışı” effekt verib. Belə ki, Kursk vilayətinin qubernatoru Roman Starovoit, Mari Elin rəhbəri Yuri Zaitsev və Krımın rəhbəri Sergey Aksenov artıq könüllülərdən ibarət batalyonların yaradılmasını elan ediblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə