İranda "geyim qaydalarına əməl etmədiyi” səbəbilə həbs olunan 22 yaşlı Məhsa Eminin ölümündən sonra etirazlar davam edir. SİA xarici mətbuata istinadən xəvər verir ki, dünəndən etibarən İranın qərbində yerləşən Senendec şəhərində keçirilən etirazlarda təhlükəsizlik qüvvələri nümayişçilərə gözyaşardıcı qazla cavab verib.
Əldə edilən məlumatlara görə, nümayişçilərin küçədəki nəqliyyat vasitələrinin şüşələrini sındıraraq zibil qablarını yandırdıqları qeyd edilib. Digər tərəfdən, sosial şəbəkələrdə yayılan görüntülərə görə, başda Tehran olmaqla Kürdüstan əyalətində aksiyalar davam edib. Ölkənin qərbindəki Kürdüstan əyalətinin bəzi bölgələrində mağaza sahibləri Eminin ölümünə etiraz etmək üçün mağazalarını bağlayıb.
Qeyd edək ki, ölkə rəhbərliyi Məhsa Emino hadisəsinin araşdırılması üçün tapşırıq verib.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB