Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğana ABŞ Müsəlman Təşkilatları Şurasının (USCMO) Nyu-Yorkda keçirilən mərasimində təhsil, ətraf mühit və humanitar yardım sahələrində müsəlman qadınlara sosial layihələr üçün verilən “Beynəlxalq uğur və cəmiyyətə töhfə” mükafatı təqdim olunub. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
USCMO-nun baş katibi Usamə Cammal (Osama Jammal) tərəfindən qarşılanan birinci xanım Əminə Ərdoğan mükafatlandırma mərasimindən sonra etdiyi çıxışında deyib: “Dünyanın vicdanı olan ölkəm adından bu qiymətli mükafatı qəbul edirəm. Belə bir proqramın təşkilinə görə Müsəlman Təşkilatları Şurasına təşəkkür edirəm.
Türkiyənin humanitar yardım sahəsində təcrübəsi xarici siyasətdən daha artıqdır və türk xalqının vicdan kompasıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB