ABŞ Kiyevə ruslara qarşı cinayət işlərinin hazırlanmasında kömək edir

ABŞ Kiyevə ruslara qarşı cinayət işlərinin hazırlanmasında kömək edir

...Vaşinqton Kiyevə ruslara qarşı cinayət işlərinin hazırlanmasında, o cümlədən beynəlxalq instansiyalarda yardım edir.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova bildirib.

Dinc əhalinin kütləvi məzarlıqlarının aşkar edildiyi İzyumdakı hadisələrdən danışan səfir “...bizim müstəntiq qruplarımız artıq oradadır və biz bu səyləri həyata keçirməkdə təkcə ABŞ-dan deyil, həm də beynəlxalq məhkəmələrdən dəstək alırıq”-deyə bildirib.

Xatırladaq ki, ötən çərşənbə günü ingilis dilində videomüraciət yazan Ukrayna prezidenti Vladimir Zelenski İzyumda kütləvi məzarlıq aşkarlandığını bildirib.

Qeyd edək ki, ruslar bununla heç cür razılaşmırlar.

Məsələn, Zelenskinin müraciətindən bir az sonra “Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri Vladimir Roqov, İzyumdakı məzarların Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanında öldürülmüş əsgərlərinin kütləvi məzarları ola biləcəyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə