Mustafa Şentop Nensi Pelosiyə reaksiya verib

Türkiye Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Türkiyenin son günlər Ermənistanın növbəti təxribatı ilə üzləşən Azərbaycanın yanında olduğunu bildirib.
Mustafa Şentop Nensi Pelosiyə reaksiya verib

Türkiye Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Türkiyenin son günlər Ermənistanın növbəti təxribatı ilə üzləşən Azərbaycanın yanında olduğunu bildirib.

Mustafa Şentop İstanbulda tədbirdə etdiyi çıxışda Nensi Pelosinin Ermənistana səfərinə diqqət çəkib və eyni şəxsin ötən ay Tayvana qalmaqallı səfər etdiyini xatırladıb.

Şentop bildirib ki, bir ölkənin parlament sədrinin başqa ölkəyə səfər etməsi normaldır, lakin Ermənistanla Azərbaycan arasında son vaxtlar həll olunan problemi nəzərə alsaq, bu səfər “təxribatçı və böhranı artıran potensiala malikdir”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Mustafa Şentop deyib:

“Beynəlxalq bir çox təşkilatın Ermənistanı işğalçı kimi gördüyü və elan etdiyi bu 28 illik müddət ərzində (Ermənistanın Azərbaycanı işğal etdiyi zaman) heç bir addım atmayan, barmağını tərpətməyən Minsk Qrupunun həmsədrlərindən biri olan ABŞ Nümayəndələr Palatasının spikerinin tam Azərbaycanın artıq "Əgər bu problemi həll edə bilmirsiniz mən bu problemi özüm həll edərəm" dediyi və məsuliyyət götürdüyü, həqiqətən də öz torpaqlarını işğal altından xilas etdiyi bir prosesdə ziyarət etməsini bölgə sülhünə, dünya sülhünə faydalı olacaq, qərəzsiz bir mövqe kimi görmürəm".

Bütün xəbərlər Facebook səhifəmizdə