Ötən gün Tayvanın Taitung şəhəri yaxınlığında baş verən 6,9 bal gücündə zəlzələ nəticəsində 1 nəfər ölüb, 79 nəfər yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Tayvanın şərqindəki Taitung şəhərində dünən baş verən 6,9 bal gücündə zəlzələnin balansı aydınlaşmağa başlayıb.
Zəlzələdə ən çox ziyan çəkən ərazilərdən biri olan Hualien şəhərinin Yuli rayonunda çökən binada qalan 4 nəfər 3 saatlıq işdən sonra xilas edilib.
Yuli rayonunda cəmi 7 min 73 ev zəlzələ səbəbiylə işıqsız qalıb. Paytaxt Taybey də daxil olmaqla Tainan və Kaohsiung məhəllələrində də elektrik enerjisi kəsilib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB