Qərargahı Varşavada yerləşən ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli, Ukraynadakı vəziyyət fonunda Avropada yerləşdirilən ABŞ ordusunun yüksək səviyyədə hazırlıqlı saxlanılmalı olduğunu bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə bazar günü “Reuters” məlumat yayıb.
Millinin sözlərinə görə, hamımız yüksək səviyyədə hazırlığı qorumağa borcluyuq. Eyni zamanda, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, hazırda elə bir təhlükənin gözlənilmədiyini də etiraf edib.
“...Müharibə şəraitində siz sadəcə olaraq bundan sonra nə baş verəcəyini yüksək ehtimalla bilmirsiniz”. Bunu da amerikalı general bildirib.
Onu da bildirək ki, ABŞ əsgərlərinin yerləşdiyi hərbi bazaya baş çəkən general daha sonra jurnalistlərə açıqlama verib.
Lakın “Reuters” generalın tapşırığıyla bunları açıqlamağı münasib bilməyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB