İran polisi hicabını düzgün geyinmədiyi üçün polis tərəfindən saxlanıldıqdan sonra dünyasını dəyişən 22 yaşlı Məhsa Əmininin dəfnindən sonra İranın qərbində etiraz aksiyasını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
Nəşr, qızın ürək probleminin rəsmi ölümə səbəbi olduğunu yazıb. Amma hadisə şahidləri qızın döyüldüyünü iddia edirlər.
Maraqlıdır ki, yaxınları Aminin səhhətində problem olmadığını iddia edirlər.
“...O, xəstəxanaya aparılıb, orada bir neçə gün komada olub. Daha sonra o, həyat dəstəyindən çıxarılıb və ölü elan edilib. Bütün ölkə həqiqətən nə baş verdiyinin araşdırılmasını tələb edir”. Bunu qızın qohumları bildirib.
Bundan sonra Tvitterdə İranda keçirilən etiraz aksiyasından video yayılıb və orada iranlı qadınlar mərhumla həmrəylik əlaməti olaraq baş örtülərini çıxarıb havaya atıblar.
Qeyd edək ki, İranda hicabın götürülməsi cinayətdir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB