Pelosi erməni müxalifətinə söz verdi
Pelosi Bakıya yardımın dayandırılması məsələsini müzakirə edəcəyinə, bunun təkcə bəyanatlarla məhdudlaşmayacağına və ABŞ-a qayıdandan sonra bu məsələləri Konqresin müzakirəsinə çıxaracağına söz verib. SİA bu barədə Sputnik-ə istinad edir.
Nensi Pelosi İrəvanda parlament müxalifətinin nümayəndələri ilə də görüş keçirib. Görüşdən sonra “Hayastan” blokundan deputat İşxan Saqatelyan bildirib ki, əsas mövzu Azərbaycanla sərhəddəki vəziyyətdir.
Sputnik Ermənistan-ın məlumatına görə, erməni müxalifəti açıq şəkildə bildirib ki, ABŞ-ın Azərbaycana dəstəyi Ermənistan üçün qəbuledilməzdir.
"Söhbət təkcə yardımın həcmindən deyil, həm də hərbi-siyasi dəstəkdən gedir. Bu yardımdan Azərbaycan daha da cəsarətlənir və Ermənistana qarşı təcavüzünü davam etdirir. Biz 907 saylı qətnamədən və gələn il Azərbaycana yardım proqramlarının dayandırılmasından danışdıq”, - Saqatelyan bildirib.
Onun sözlərinə görə, Amerika tərəfi Bakıya yardımın dayandırılması məsələsini müzakirə edəcəyini və bunun təkcə bəyanatlarla məhdudlaşmayacağına söz verib. Pelosi deyib ki, ABŞ-a qayıdandan sonra bu məsələlər Konqresdə müzakirə olunacaq.
Görüşdə erməni hərbi əsirlərin taleyi də müzakirə olunub, erməni tərəfi konkret faktlar təqdim edib. Ermənistandakı daxili siyasi vəziyyət, Dağlıq Qarabağın statusu məsələlərinə də toxunulub - bir sözlə, müxalifətin daim danışdığı bütün problemlərə.
“Mənim şərəfim var” fraksiyasının nümayəndəsi Hayk Mamicanyan isə öz növbəsində bildirib ki, qeyri-müəyyən və ünvansız formulalar indi əhəmiyyətsizdir. "Amerika tərəfi işğalçının Azərbaycan olduğunu tanıdı". O, əmindir ki, bu, ABŞ-da hər iki partiyanın - Demokrat və Respublikaçıların mövqeyində ciddi dəyişikliklərə səbəb olacaq.
Onun sözlərinə görə, danışıqların mühüm mövzularından biri də Dağlıq Qarabağ münaqişəsinin həlli, ATƏT-in Minsk qrupunun işinin bərpası, bu prosesin düzgün məcraya qaytarılması, yəni, "Madrid Prinsipləri"nin müzakirəsidir.
Mamicanyan ümumilikdə müzakirəni səmərəli adlandırıb.
Xatırladaq ki, 2022-ci ildə ABŞ prezidenti Co Bayden növbəti dəfə Azadlığa Dəstək Aktına edilən 907-ci düzəlişdən yan keçib və bununla da ABŞ-ın Azərbaycana birbaşa hərbi dəstək göstərməsinə şərait yaradıb.
Pelosi İrəvana sentyabrın 17-də axşam gəlib. Siyasətçi baş nazir, parlamentin spikeri, eləcə də parlament müxalifəti ilə görüşlər keçirib. O, həmçinin Qafesçiyan Müasir İncəsənət Mərkəzində çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Bakıda 20 yaşlı gənci bıçaqlayıblar
Hadisə 05:04Husilər 700 əsgəri girov götürdü
Dünya 04:06"Fənərbağça" İngiltərədə DARMADAĞIN OLDU!
İdman 03:22Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%
Sizin reklam yeriniz
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



