Rusiyada “Adidas” da vergidən yayınırmış..?

Rusiyada “Adidas” da vergidən yayınırmış..?

Rusiyada 10 milyard rubl vergidən yayınan “Adidas” şirkəti bundan əlavə, altı ay ərzində söz verdiyi maaşı vermədən işçilərini kütləvi şəkildə ixtisar edir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Mash Telegram kanalı məlumat yayıb.

Qeyd edək ki, alman şirkəti maliyyə sənədlərini öyrəndikdən sonra Moskva vilayətinin hüquq-mühafizə mərkəzinin rəhbəri Aleksandr Xaminski tərəfindən Rusiya xəzinəsinə vergi ödəməməkdə təqsirli bilinib. Məlum olub ki, “Adidas”ın Rusiya filialı ölkədən çıxdığını elan etdikdən sonra anbarlarda saxlanılan malları satış üçün bazarlara köçürüb.

Maraqlıdır ki, şirkət işçiləri isə kütləvi ixtisarlardan şikayətlənirlər.

Məlum olduğu kimi, onlara beş maaş əvəzinə yalnız bir maaş verilir.

Yeri gəlmişkən, ruslar Rusiya bazarını sentyabrın 12-də tərk edən IKEA-nı xarici brendlər arasında ən böyük itki hesab edirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə