Yaponiya ilkə imza atdı

"Ahıllara Hörmət Günü" -nü qeyd etməyə hazırlaşan Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi ölkədə yaşayan 100 və yuxarı yaşda olan insanlarla bağlı cari məlumatları ictimaiyyətlə bölüşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, rəsmi məlumatlara görə, 100 və yuxarı yaşda olanların sayı ardıcıl 52 il artaraq 90 526 nəfərə çatıb. Bu sayının əvvəlki ilə nisbətən 4 min 16 artaraq ilk dəfə 90 mini keçdiyi, 80 min 161 nəfərin, 100 yaşdan yuxarı əhalinin 88,6 faizini qadınlar təşkil etdiyi bildirilib. Yaponiyanın ən yaşlı qadını Osaka əyalətində yaşayan 115 yaşlı Fusa Tatsumi, ən yaşlı kişi isə Xirosima əyalətində yaşayan 111 yaşlı Şigeru Nakamura olaraq qeyd edilib.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə