İraqın şimalındakı "Pençe-Kilit" və "Pençe-Kaplan" əməliyyatları bölgələrində separatçı terror təşkilatı PKK üzvü olan 7 terrorçu zərərsizləşdirilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir: "Terrrorçular qaçınılmaz son üçün bəllidir. “Pəncə-Kilit” və ”Pəncə-Kaplan” əməliyyatları bölgələrində aşkarlanan 7 PKK terrorçusu zərərsizləşdirilib. Əməliyyatlarımız sürəti azaltmadan davam edir".
Digər tərəfdən, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) separatçı terror təşkilatı PKK/YPG-nin Suriyanın şimalındakı Fərat bölgəsində "Rojhat" kod adlı qondarma məsulu Mehmet Gürbüzü Ayn İsada Silahlı Pilotsuz Uçan Aparat (SİHA) əməliyyatı ilə zərərsizləşdirib.
Terror təşkilatının vəzifə verilmiş adamlarına qarşı keçirilən əməliyyatlardan sonra qisas alına biləcəyi ilə terror təşkilatı üzvləri də izlənilib.
Ayn İsadakı anbarlardan “Grad” raketlərinin çıxarıldığı xəbəri üzərinə sursat dolu pikapla hərəkət edən təşkilat üzvlərinə qarşı həmin gün 2-ci SİHA əməliyyatı həyata keçirilib. Bu əməliyyatda “Sülh çeşməsi” (Barış Pınarı) bölgəsində təhlükəsizlik qüvvələrinə qarşı hərəkətə keçərkən 3 terrorçu zərərsizləşdirilib, 2 ədəd “Grad” raketi və müxtəlif döyüş sursatları məhv edilib.
Türkiyənin Hakkari rayonunun Yüksekova qəsəbəsində 2 terrorçu zərərsizləşdirilib, 1-i yaxalanıb.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu sosial media hesabında sözügedən yerdəki əməliyyatla bağlı yazıb: “Yüksekovada Polis Xüsusi Hərəkatı tərəfindən mühasirəyə alınan 3 terrorçudan 2-si zərərsizləşdirilib, qaçmağa cəhd edən biri isə tutulub”.
Bundan əvvəlki sosial media paylaşımında S.Soylu Elazığ rayon Jandarma Komandanlığının razısalma yolu ilə çöldə fəaliyyət göstərən separatçı terror təşkilatı PKK/KCK-nın 2 terrorçusunun silahları ilə birlikdə təslim olduğunu bildirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB