Seneqal hökumətinin açıqlamasına görə, Amadu Banın baş nazir vəzifəsini icra edəcəyi yeni kabinet 8-i qadın olmaqla 38 üzvdən ibarətdir.
SİA-nın əldə etdiyi məlumata görə, parlament seçkilərinin 31 iyulda keçirildiyi Seneqalda o vaxtdan yeni hökumətin qurulması gözlənilirdi.
Sentyabrın 17-də 3 ildir boş qalan baş nazir kürsüsünə keçmiş xarici işlər və iqtisadiyyat naziri 61 yaşlı Amadu Ba təyin olunub.
Xatırladaq ki, 2019-cu ilin aprelində ikinci müddətə seçilən prezident Maki Sallın (Macky Sall) parlamentə təqdim etdiyi konstitusiya dəyişikliyi təklifi ilə baş nazir vəzifəsi həmin ilin may ayından ləğv edilmişdi. 2021-ci ilin noyabrında prezident baş nazir postunu bərpa etmək istədiyini bildirdi və konstitusiyaya yenidən dəyişiklik oldu.
Qeyd edək ki, Seneqal 1963-1970-ci illərdə Leopold Senqhor, 1983-1991-ci illərdə Abdu Diufun prezidentlik dövrlərində baş nazir olmadan idarə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB