"Dünyanın gələcək şərtlərini ukraynalılar müəyyən etməlidir..."

"Dünyanın gələcək şərtlərini ukraynalılar müəyyən etməlidir..."

“...Münaqişənin dayandırılması üçün şərtləri müəyyən edən Ukraynadır”. Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Xosep Borrell bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Lenta.ru” Fransa mətbuatına istinadən xəbər verir.

Bundan əlavə, Borrell Avropa ölkələrinin liderlərini Ukraynanın bütün hərbi və iqtisadi ehtiyaclarını ödəmək üçün Kiyevə dəstəyi artırmağa çağırıb.

Yeri gəlmişkən qeyd edək ki, Avropa diplomatiyasının rəhbəri Avropa İttifaqının Ukrayna üzrə sülh danışıqlarının mümkün qədər tez baş tutması ilə bağlı istəklərini açıqlamışdı.

Amma maraqlıdır ki, bir müddət bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə sülh danışıqlarına hazır olmadığını açıqlamışdı.

Qeyd edk ki, bu arada Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov da öz növbəsində, hazırda Kremlin Rusiya və Ukrayna prezidentləri ilə bağlı “danışıq perspektivi görmədiyini” bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə