Məşhur geyim brendi bu ölkəni tərk edir

Məşhur geyim brendi bu ölkəni tərk edir

İsveçin H&M geyim şirkəti Qərbin sanksiyalarına məruz qalan Belarusu tərk etmək qərarına gəlib. SİA xəbər verir ki, bu barədə Belarusun “Onliner” nəşri şirkətin mətbuat xidmətinə istinadən məlumat yayıb. Bildirilir ki, şirkət ölkədə işini dayandırır, mağazalar qalıqları satmaq üçün açılacaq.

"Biz qalan məhsulları satmaq üçün üç mağazamızı müvəqqəti olaraq açacağıq və onları məhdud müddət ərzində açıq saxlayacağıq", - deyə şirkətin yaydığı məlumatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə