Macarıstanlı politoloqlar Mikloş Kevexazi və Laslo Boqar “PolitRussia”ya müsahibəsində Rusiya prezidenti Vladimir Putinin bəyanatını Qərb üçün taleyüklü adlandırıb və qarşıdurmanın gözlənilməz nəticələrini proqnozlaşdırıblar.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, avqustun 16-da Putin Qərbin istənilən alternativ inkişaf yollarını cilovlamaq siyasəti yürütməklə özünün qaçılmaz hegemonluğunu saxlamağa çalışdığını bildirmişdi.
Dövlət başçısı daha sonra əlavə edibi ki, onların hegemonluğu bütün dünya üçün, bütün sivilizasiya üçün durğunluq, “qaranlıq və mədəniyyətin ləğvi” deməkdir.
Siyasi ekspertlərin fikrincə, Rusiya prezidentinin bəyanatı dünyanın Qərblə mübarizə aparmasından xəbər verir ki, bu da bütün qlobal birlik üçün həlledici əhəmiyyət kəsb edir.
Macarıstanlı politoloqlar hesab edir ki, hazırkı Qərb bəşəriyyəti ümumbəşəri sivilizasiyaya çevirmək üçün uğursuz cəhdlər edir.
“...Bu qlobal böyük koalisiyanın gücünün ilk ciddi sınağı və onun üsyan cəhdi Rusiyanın başlatdığı mübarizə olacaq”-deyən macar ekspertlərin fikrincə, Avropa və ABŞ arasında əsaslı fikir ayrılıqlarının formalaşması da daxil olmaqla, Qərb birləşməyi dayandırıb. Onlar Qərbin strukturunda gözlənilməz dəyişikliklərə səbəb ola biləcək gərginlik yaradırlar.
Qeyd edək ki, bundan əvvəl Çinin “Global Times” qəzetinin köşə yazarı Vanq Ven Şərq İqtisadi Forumu zamanı Rusiya prezidenti Vladimir Putinin ABŞ hegemonluğu ilə bağlı mühüm açıqlama verdiyini bildirmişdi.
Belə ki, çinli jurnalist əminliklə, “...növbəti iki onillikdə Atlantik okeanının hər iki tərəfindən Uzaq Şərqə tarixdə ən böyük sərvət transferi baş verəcək”-deyə bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB