Daşqınlarda ölənlərin sayı durmadan artır - İTALİYADA

Daşqınlarda ölənlərin sayı durmadan artır - İTALİYADA

İtaliyada 2 gün əvvəl başlayan daşıqnlarda ölənlərin sayı artıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, təbii fəlakət nəticəsində 11 nəfərin ölümü rəsmi təsdiq olunub. Daha 2 nəfər itkin düşmüş hesab edilir.

Ankona şəhərinə 2 sutka ərzində aylıq normadan 6 dəfə çox yağıntı düşüb. Sel suları evləri uçurub, çox sayda ağacı kökündən çıxarıb. Ölkənin cənubunda isə fırtına nəticəsində göyərtəsində 870 sərnişin olan səyahət gəmisinin avar vintləri qırılıb. Norveçə məxsus gəmi doka gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə