Ölkədə enerji qənaətinə keçidin səmərəli olması və bu mövzuda geniş maarifləndirmənin aparılması məqsədilə bəzi turistik və tarixi binaların işıqlarının normal vaxtdan əvvəl söndürülməsinə dair qərarlar qəbul edilib. SİA xəbər verir ki, bu çərçivədə dünyaca məşhur Luvr muzeyinin bağçasındakı piramida 2 saat əvvəl qaralıb. Parisin simvollarından olan Luvr Muzeyi piramidasının işıqları normal olaraq hər gün yerli vaxtla saat 01:00-da sönür. Digər tərəfdən, Paris bələdiyyəsinin qərarı ilə sentyabrın 23-dən etibarən Eyfel qülləsinin işıqlandırması hər gün sönəcək. Bundan əlavə, gələn həftədən etibarən tarixi Versal Sarayının cəbhəni işıqlandıran işıqları 1 saat tez sönəcək. "France 2" televiziyasına danışan Fransanın mədəniyyət naziri Rima Əbdül Məlak vətəndaşların enerji şüurunu artırmaq və hərəkətə keçmək üçün simvolik addımların vacib olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB