...Gəlin etiraf edək ki, bu elə də inandırıcı görünmür.
Deməli, Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, Ukrayna Rusiya tərəfindən işğal olunmuş Krımı diplomatiya yolu ilə geri qaytara bilər.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, dövlət başçısı bunu “Reuters” agentliyinə müsahibəsində deyib.
Prezident bildirib ki, Krımı Ukraynaya qaytarmaqdan başqa çıxış yolu yoxdur. Onun sözlərinə görə, “...əraziləri işğaldan azad etmək lazımdır. Ola bilər ki, Krım diplomatik yolla geri qaytarılsın. Bu baş verə bilər. Təbii ki, Ukraynadakı insanlar bu məsələnin diplomatik yolla həllinə daha çox dəstək verəcəklər”.
Maraqlıdır ki, Zelenski bu mövzunun müzakirəsini kimin aparacağını da hələlik demir: “...Hansı dairələr bu məsələni müzakirə edəcək? Bəs nə vaxt olacaq? Mən indidən deyə bilmərəm”.
Yeri gəlmişkən, 2021-ci il avqustun 23-də 40-dan çox ölkə və beynəlxalq təşkilatın nümayəndə heyətlərinin rəhbərləri Kiyevdə Krım Platformasını işə saldılar. Qeyd edək ki, bu platforma yarımadanın Rusiya tərəfindən işğalına dinc yolla son qoymaq məqsədi ilə yaradılmışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB