Hollandiyada terror təbliğatı

Hollandiyada terror təşkilatı YPG/PKK tərəfdarları qondarma mədəniyyət festivalı adı altında terror təbliğatı aparıblar. SİA xəbər verir ki, terror təşkilatının tərəfdarları Limburq bölgəsinin Landqraaf şəhərində qondarma mədəniyyət festivalı adı altında toplaşaraq Türkiyə əleyhinə danışıb, şüarlar səsləndiriblər.

Əllərində terror təşkilatı YPG/PKK və onun lideri Abdullah Öcalanı simvolizə edən cır-cındır olan terror tərəfdarları Öcalanın azad edilməsini tələb ediblər. Terror təşkilatı PKK Avropa Birliyinin (AB) terror siyahısında olsa da, tərəfdarlarının Hollandiyada sərbəst şəkildə nümayiş keçirə bilməsi, terror təşkilatı və Abdullah Öcalanı simvolizə edən parçalarının qadağan edilməməsi diqqət çəkib.

Bütün xəbərlər Facebook səhifəmizdə