NATO rəsmisi rusları corabla təhqir edib

NATO rəsmisi rusları corabla təhqir edib

Riqada yerləşən NATO-nun Strateji Kommunikasiyalar Mərkəzinin (StratCom) direktoru Janis Sarts Varşavada keçirilən konfransda topuqlarında rusları təhqir edən yazısı olan Ukrayna brendi olan corab geyinib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti” məlumat yayıb.

Qeyd edilir ki, görüşdə Polşanın Milli Müdafiə naziri Mariuş Blaşçak da iştirak edib. Daha sonra Polşa departamentinin rəsmi “Twitter” hesabında Sartsın fotosu dərc olunub.

Agentliyin məlumatına görə, ukraynalılar məmurun fotolarını yerləşdirməklə bundan pulsuz reklam kimi istifadə etmək qərarına gəliblər.

Qeyd edək ki, şərhlərdə Sarts tədbirdə bu corabda olduğunu təsdiqləyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə