“Bayraktar Kızılelma”nın prototipi ilə mühərriki inteqrasiya edilib

“Bayraktar Kızılelma”nın prototipi ilə mühərriki inteqrasiya edilib

Türkiyənin “Baykar” şirkəti tərəfindən hazırlanmış ölkənin ilk pilotsuz döyüş təyyarəsi “Bayraktar Kızılelma”nın prototipi ilə mühərrikinin inteqrasiya testi uğurla tamamlanıb. SİA-nın "Haber Global" saytına istinadən verdiyi məlumata görə, sınaqlar 17 sentyabrda baş tutub.

Qeyd edək ki, “Kızılelma”nın ilk uçuşu 2023-cü il üçün planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə