Tayvanda 6,6 bal gücündə zəlzələ olub

Tayvanda 6,6 bal gücündə zəlzələ olub

Tayvanın sahil şəhərlərindən biri olan Taitunqdan 50 kilometr şimalda 6,6 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, paytaxt Taybeydə də hiss olunduğu zəlzələdə, insan itkisinin və maddi ziyanın olmadığı bildirilib. Zəlzələdən sonra sunami xəbərdarlığı olmayıb.

Qeyd edək ki, 2016-cı ildə Tayvanın cənubunda baş verən zəlzələdə 100-dən çox insan, 1999-cu ildə isə 7,3 bal gücündə zəlzələdə 2000-dən çox insan həlak olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə