Parad iştirakçılarının hamısı xaricilərdir..?

Serbiyada "gey qüruru"na etiraz edənlərin polislə toqquşması videoya çəkilib
Parad iştirakçılarının hamısı xaricilərdir..?

...Hadisə şahidlərinin sözlərinə görə, Belqradda futbol azarkeşləri ilə polis arasında toqquşmalar baş verir. Hadisə yerindən video yerli sakinlər tərəfindən sosial şəbəkələrdə yerləşdirilir. Görüntülərdə pərəstişkarların yandırılan məşəllərlə polisin heyrətləndirici qumbaraatanlara necə reaksiya verdiyi göstərilir. SİA bu barədə rus saytlarına istinad edir.

Yerli sakinlərin sözlərinə görə, azarkeşlər gey-parada mane olmaq üçün şəhərin mərkəzində iğtişaşlar törədiblər. Ərazi polislərlə doludur, bəzi küçələrdə metal mühafizə çəpərləri quraşdırılıb. Serbiya paytaxtının mərkəzində nəqliyyatın hərəkəti kəsilib.

Təbii ki, Belqradda baş verən hadisələrlə bağlı rus saytlarından əldə etdiyimiz xəbərlər də müxtəlifdir. Qeyd edək ki, gərək ki, gey-parad Serbiya hakimiyyəti tərəfindən qadağan edilməlidir. Lakin buna baxmayaraq...onlar yürüş keçirirlər.

Dediyim kimi, rus saytlarının yayımladığı məlumatlar da fərqlidir, Məsələn, “Moskovskiy komsomolest”in yazdığına görə, ABŞ-ın Serbiyadakı səfiri Kristofer Hill də nümayişçilər arasında görünüb.

Nəşr paradda minə yaxın xarici vətəndaşın iştirak etdiyini bildirilir. Qəzetin yazdığına görə, guya yerli sakinlərdən çox az adam parada qoşulub.

Bəziləri isə Ukrayna bayraqları ilə gəliblər. Bunu da rus saytları yazır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə