ABŞ-ın Ukraynadakı səfiri təkzib edir

ABŞ-ın Ukraynadakı səfiri təkzib edir

ABŞ-ın Ukraynadakı səfiri Bridjit Brink Dövlət Departamentinin katibi Entoni Blinkenin Kiyevə səfəri zamanı Ukrayna hökumətini Rusiya ilə danışıqlara razı salması ilə bağlı şayiələri təkzib edib.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, o, bu barədə “ICTV”-yə verdiyi müsahibəsində bildirib.

“...Yalnız ukraynalılar və Ukraynanın demokratik yolla seçilmiş lideri, prezident Zelenski bu münaqişənin nə vaxt və necə başa çatacağına, həmçinin danışıqların nə vaxt və necə başlayacağına qərar verə bilər”, - deyə Brink bildirib.

Onun fikrincə, Amerika hakimiyyətinin vəzifəsi Moskva ilə danışıqlar aparılacağı təqdirdə ukraynalıları “daha ​​güclü mövqe üçün” dəstəkləməkdir.

Xatırladaq ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Kiyevin danışıqlardan əl çəkib hərbi hərəkətə keçmək qərarına “əldə bayraq” ifadəsi ilə reaksiya verib. O, izah edib ki, Rusiya razılaşmaya şərait yaratmaq üçün qoşunlarını Kiyevdən çıxarıb, lakin Ukrayna hakimiyyəti Moskva ilə bütün razılaşmalardan imtina edib və onları “qutuya atıb”.

Yeri gəlmişkən onu da xatırladaq ki, Rusiya və Ukrayna arasında sonuncu üzbəüz danışıqlar martın sonunda İstanbulda, Dolmabağça sarayında baş tutub.

Həmən görüşdə, gərək ki, Moskva Kiyevin NATO-ya üzv olmaq niyyətindən yayındırmağa nail olmağa çalışmış..və deyəsən, buna nail də olmuşdu.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə