Tayvanda 6,5 bal gücündə zəlzələ olub

Tayvanda 6,5 bal gücündə zəlzələ olub

Tayvan adasının şərqindəki Taytunq rayonunda 6,5 bal gücündə zəlzələ olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla saat 21:41-də (Bakı vaxtı ilə 17:41) qeydə alınıb. Təkanlar Çinin materik hissəsindəki Fucien, Quandon və Cıcian vilayətlərində də hiss olunub.

Hələlik dağıntı və tələfat barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə