Hüquq-mühafizə orqanları teleaparıcı Dmitri Kiselevin villasının yaxınlığında gecə saatlarında avtomobilləri yandıran naməlum şəxs və ya şəxsləri axtarır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə mənbəyə istinadən “Diqqət, xəbər” Telegram kanalı yazıb.
Qeyd olunur ki, hadisə bu gün, sentyabrın 17-də səhər saat iki radələrində Koktebelin Ayvazovski küçəsində baş verib.
Mənbə bildirib ki, polis "hücum edən"in məhz jurnalistə məxsus olduğu iddia edilən avtomobilləri qəsdən seçdiyi versiyasını irəli sürüb.
Yanğın törədən şəxs müşahidə kameralarına düşüb. Görüntülərdə kimliyini gizlətməyə çalışan tibbi maskalı bir kişi müşahidə edilir.
Həmən kişinin hərəkətindən “Land Rover” və Kiselyovun “Cock t'est Belle” loqosu olan qolf arabası zərər çəkib.
Rusiya Regional Daxili İşlər Nazirliyinin müstəntiqləri Rusiya Federasiyası Cinayət Məcəlləsinin 167-ci maddəsi ilə cinayət işi açıblar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB