NASA Marsda üzvi maddələrin "xəzinəsi" tapıb

NASA Marsda üzvi maddələrin "xəzinəsi" tapıb

NASA-nın "Perseverance" kosmik gəmisi Marsda həyatın olub-olmadığını müəyyən etmək üçün öz missiyasında indiyə qədərki ən mühüm nümunələrdən bəzilərini toplayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Qədim deltanı araşdıran NASA-nın "Perseverance" kosmik gəmisi tərkibində karbon əsaslı molekullar olan iki qaya nümunəsi toplayıb. “Mən birmənalı şəkildə deyə bilərəm ki, bunlar bizim hazırkı missiyada topladığımız ən mühüm nümunələrdir”, – ABŞ-ın Berkli Universitetindən Devid L. Şuster bildirib.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə