ABŞ dövlət katibinin müavini Vendi Şerman Rusiya ilə Çin arasındakı münasibətlər etimad üzərində deyil, rahatlıq üzərində qurulan “qüsurlu nikah” kimi olduğunu bildirib.
Onun dediyinə görə, bu, bütün mənalarda, növlərdə və formalarda tam hüquqlu bir evlilik deyil, lakin Rusiya və Çin, şübhəsiz ki, birlikdə işləyəcəklər, onlar da bir-birlərinin xeyrinə çalışacaqlar.
Qeyd edək ki, bunu Şermanın etirafı kimi də qəbul etmək olar. Buna baxmayaraq, amerikalı diplomat Çin rəhbərliyinin ikili oyun oynadığına eyham vurur. Yəni Çin sədri Si Cinpin daim dövlətlərin suverenliyi və ərazi bütövlüyündən danışır ki, bu da ona Honq-Konq, Tibet və Tayvana iddialarını əsaslandırmaq üçün lazımdır.
Yeri gəlmişkən bir müddət bundan əvvəl Mərkəzi Kəşfiyyat Ndarəsinin rəhbərinin müavini Devid Koen, Si Cinpinin Çin ordusuna 2027-ci ilə qədər Tayvanı ələ keçirməyə tapşırdığını bildirmişdi Bundan bir müddət sonra isə o, hazırda ABŞ kəşfiyyatının ÇXR hakimiyyətinin Tayvana potensial işğalla bağlı yekun qərar verdiyinə inanmadığını etiraf edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB