Tunel çökdü ölən və yaralananlar var - TÜRKİYƏDƏ

Tunel çökdü ölən və yaralananlar var - TÜRKİYƏDƏ

Türkiyənin Van-Hakkari avtomobil yolunun Güzeldere aşırımında tikintisi davam edən tunelin son hissələrində naməlum səbəbdən çökmə baş verib. SİA xəbər verir ki, tuneldə işləyən fəhlələrin bir qismi çökəkliyin altında qalıb. Dərhal hadisə yerinə xilasetmə qrupları, təcili tibbi yardım və polis əməkdaşları gəlib.

Dağıntılar altından xilas edilərək Başkale Dövlət Xəstəxanasına çatdırılan yaralı Cəmil Diyapoğlu tuneldə aparılan işlər zamanı əyrilik yarandığını bildirib. Dostlarını xilas etməyə çalışarkən yıxılan torpaq və daşların altında qaldığını bildirən Diyapoğlu onu xilas edənlərə təşəkkür edib. İşçilərdən 2 nəfərin cəsədi isə dağıntılar altından çıxarılaraq Başkale Dövlət Xəstəxanasına aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə