ABŞ hakimiyyəti təxminən iki ay ərzində iki NASAMS zenit-raket kompleksinin Ukraynaya çatdırılacağını gözləyir. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə cümə günü jurnalistlər üçün keçirdiyi brifinqdə Pentaqonun mətbuat katibi, ABŞ Hərbi Hava Qüvvələrinin briqada generalı Patrik Rayder bildirib.
“...İki NASAMS kompleksinin yaxın iki ay ərzində təhvil verilməsi gözlənilir”.
Bunu general Patrik Rayder etiraf edib.
...Qeyd edək ki, neçə müddətdən bəri ABŞ-ın Ukraynaya verəcəyi NASAMS zenit-raket kompleksinin Rusiya şəhər və obyektləri üşün böyük təhlükə yaradacağı barədə həyacan təbili çalan Rusiyanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Anatoliy Antonovdan fərqli olaraq, rus səlahiyyətlərindən biri bu günlərdə ABŞ NASAMS-larını “metallom” adlandıraraq rusları bu silahdan qorxmamağa çağırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB