Rusiya Azərbaycanla Ermənistan arasındakı münaqişədən narahatdır

Rusiya Azərbaycanla Ermənistan arasındakı münaqişədən narahatdır

Rusiya Azərbaycan və Ermənistan arasında hərbi münaqişədən son dərəcə narahatdır, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqları zamanı deyib.

SİA TASS-a istinadən xəbər verir ki, Putin əlaqələndirilmiş səylər nəticəsində vəziyyətin gərginləşməsinin qarşısını almaq mümkün olduğunu deyib, amma onun fikrincə, vəziyyət hələ də gərgin olaraq qalır.

“...Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi hamımızı narahat edir. Nə yaxşı ki, eskalasiya nəhayət koordinasiyalı səylərlə dayandırıldı, lakin mənim anladığım qədəri ilə vəziyyət hələ də gərgin olaraq qalır”, - Putin bildirib.

Öz növbəsində Azərbaycan prezidenti İlham Əliyev onu əmin edib ki, sərhəddə vəziyyət sabit olaraq qalır və sükut rejiminə riayət olunması onu göstərir ki, nə Bakı, nə də İrəvanın münaqişənin genişmiqyaslı eskalasiyasını inkişaf etdirmək planları olmayıb...

Xatırlamağa lüzum olmasa da... sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistanla sərhəddə hərbi toqquşma barədə məlumat yayıb. Nazirlik qeyd edib ki, Ermənistan Silahlı Qüvvələri iki ölkə sərhədində genişmiqyaslı təxribat törədib. Yerevan da öz növbəsində Bakını Qoris, Sotk və Cermuk yaşayış məntəqələri istiqamətində intensiv atəş açmaqda ittiham edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə