Bu erməniləri qane etmir..?
Arzuları ürəklərində qaldı..?

Ermənistan Azərbaycan qoşunlarının “ölkədən çıxarılması” üçün KTMT-dən ona hərbi yardım göstərəcəyini gözləyir. Bu bəyanatla respublikanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan çıxış edib.

Onun sözlərinə görə, İrəvan hərbi və hərbi-siyasi dəstək sorğusuna verilən reaksiyadan narazıdır. “Biz müraciət edəndə KTMT-dən nə gözləyirdik? Ermənistanın suverenliyini qorumaq üçün Ermənistana hərbi və hərbi-siyasi yardım göstərin ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın suveren ərazisini tərk etsin. Bu, bizim KTMT-dən tələbimiz idi və hələ də yerinə yetirilməyib. Təbii ki, bu, bizi qane etmir”.

SİA TASS-a istinadən bunun Qriqoryan tərəfdən bildirdiyini yazır.

Xatırladaq ki, Ermənistan dünyaya car çəkərək, guya sentyabrın 13-də Azərbaycan ərazisindən ermənilərin yaşayış məntəqələrinin atəşə tutulduğu barədə yalan xəbərlər yaymışdı. Bu gün baş nazir Nikol Paşinyan dörd gün ərzində gedən döyüşlərdə 135 erməni hərbçinin öldüyünü bildirib.

Qeyd edək ki, Ermənistan yardım üçün Rusiyaya, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və BMT Təhlükəsizlik Şurasına müraciət edib.

Amma, belə görünür ki, bu təşkilatlarda da artıq erməninin kim olduğunu yaxşı bilirlər. Ona görə də onların istəkləri elə istək olaraq da qalacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə