Almaniya Rusiya neftinin əvəzedicisini tapıb

Almaniya Rusiya neftinin əvəzedicisini tapıb

Almaniya hökuməti Qazaxıstanla “Drujba” kəməri ilə Şvedtdəki (Brandenburq federal əyaləti) neft emalı zavoduna neft nəqli məsələsini müzakirə etmək niyyətindədir.

SİA TASS-s istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin sentyabrın 16-da dərc olunmuş bəyanatında deyilir.

Qeyd edək ki, Federal hökumət prioritet məsələ olaraq, Qdansk vasitəsilə Şvedtə neft tədarükü üçün çərçivə şərtləriylə bağlı Polşa hökuməti ilə danışıqları davam etdirəcək.

Deyilənlərə görə, eyni şey Qazaxıstan neftinin “Drujba” kəməri ilə tədarükü ilə bağlı federal hökumətlə Qazaxıstan hökuməti arasında aparılan danışıqlara da aiddir.

Qeyd edək ki, bundan əvvəl, Federal Şəbəkə Agentliyinin nəzarətinə keçən “Rosneft Deutschland” şirkətinin Şvedtdəki neft emalı zavodu “Drujba” kəməri ilə neft tədarükünə mümkün məhdudiyyətlərə icazə verib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə