Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü ŞƏT sammiti zamanı dünyada daha ədalətli nizamın bərqərar olmasının vacibliyini bəyan edib.
“Biz hamımız bilirik ki, qlobal sistemin islahatlara ehtiyacı var. Bizə daha ədalətli dünya nizamı, daha nümayəndəli, əhatəli və məhsuldar dünya nizamı lazımdır”, - deyə o vurğulayıb.
Qeyd edək ki, çümə günü Rusiya və Türkiyə başçıları tamhüquqlu danışıqlar aparmaq niyyətindədirlər, onlar “taxıl müqaviləsi”nin icrasını dəyərləndirməlidirlər.
P.S: … Türkiyə Rusiyadan qaza 25 faiz endirim etmək istəyir, buna uyğun tələblə prezident Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə müraciət etmək niyyətindədir
Qeyd edək ki, SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Bloomberg” adı açıqlanmayan yüksək rütbəli türk rəsmilərinə istinadən yazır.
Maraqlıdır ki, Ankara tədarükün bir hissəsini öz valyutası - türk lirəsi ilə ödəməkdə maraqlıdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB