Çindəki göydələndə dəhşətli yanğın baş verib

Çindəki göydələndə dəhşətli yanğın baş verib

Çinin Hunan əyalətində telekommunikasiya şirkəti "China Telecom" binasında yanğın baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, baş verən yanğın bütün mərtəbələri bürüyüb.

Binadan qatı tüstü qalxdığından alov bütün mərtəbələrə yayılıb. Hadisə yerinə gələn yanğınsöndürmə briqadası yanğını nəzarət altına almaq üçün çox çalışıb. Uzun sürən işdən sonra alov söndürülüb. Yanğın zamanı tələfat qeydə alınmayıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə