Dünyanın ən kasıb ölkələri Misirdə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 27-ci Konfransında iqlim dəyişikliyinin vurduğu ziyana görə “təzminat” tələb etmək istəyir. SİA xəbər verir ki, Seneqalın paytaxtı Dakarda keçirilən 18-ci Afrika Ətraf Mühit Nazirləri Konfransına ən az İnkişaf Etmiş Ölkələr (LAGU) assosiasiyasından 46-dan çox nazir və ekspert qatılıb.
Yığıncaqda çıxış edən Seneqalın ətraf mühit naziri Abdou Karim Sall, iqlim dəyişikliyinin ən az inkişaf etmiş ölkələrə təsirinə diqqət çəkərək, "Sel, sahil eroziyası, mövsümdənkənar yağıntılar kimi təbii hadisələr artmaqdadır. Bu, məcburiyyətə çevrilib. Xüsusilə zəif inkişaf etmiş ölkələr üçün bu itkini ödəmək üçün bir fond yaradılmalıdır".
Ətraf mühit nazirləri qeyd ediblər ki, onlar 6-18 noyabr tarixlərində Misirin Şarm Əl-Şeyx şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə 27-ci Konfransında iqlim dəyişikliyinin vurduğu zərər üçün fondun yaradılmasında israrlı olacaqlar. Nazirlər həmçinin vurğulayıblar ki, onların ölkələri iqlim dəyişikliyinin təsirlərindən ən çox təsirlənən, lakin iqlim dəyişikliyində ən az rola malik olan ölkələrdir. İclasda iştirak edən ABŞ-ın İqlim Dəyişikliyi üzrə xüsusi nümayəndəsi Con Kerri 20 inkişaf etmiş ölkənin istixana qazlarının 80 faizinə görə məsuliyyət daşıdığını, 48 Afrika ölkəsinin payının isə 0,55 olduğunu xatırladıb. İqlim dəyişikliyinin təsirlərinin ən çox hiss olunduğu 17 ölkənin Afrikada olduğuna diqqət çəkən Kerri, bu təsirlərə görə Afrika Buynuzu bölgəsində 4 ildir quraqlığın olduğunu da vurğulayıb. Dünyanın ən çirkləndirici ölkələri siyahısında ABŞ-ın Çindən sonra ikinci yerdə olmasına baxmayaraq, Kerri əlavə edib ki, ölkəsi və daha 19 ölkə havanın temperaturunun 1,5 dərəcə yüksəlməsi ilə bağlı öhdəliklərinə sadiq qalır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB