Universitet şəhərciyində ayı böyük çaxnaşma yaradıb - MEKSİKADA
Meksikanın Monterrey şəhərindəki Nuevo Leon Muxtar Universitetinə gecə saatlarında ayı daxil olub. SİA xəbər verir ki, amerikalı ayısı olduğu öyrənilən ayını görən tələbələr təşvişə düşərkən, bir çox insan ayının kampusda gəzdiyi anları izləyib. Sosial mediada paylaşılan görüntülərdə yemək axtaran ayının zibilliyə baxaraq sakitcə gəzdiyi görülüb. Digər tərəfdən, səlahiyyətli şəxslər, şəkil çəkdirmək və yemək vermək üçün ayıya yaxınlaşmaq istəyənlərə xəbərdarlıq edib.
Son həftələrdə Nuevo Leon Muxtar Universitetində ayılar bir neçə dəfə görülüb. Amerika qara ayılarının məskəninin meşələr olduğu, lakin həddindən artıq istilər və ya yemək axtarmaq üçün şəhərdə nadir hallarda görüldüyü bildirilir. Məlumdur ki, vətəni Şimali Amerika olan Amerika qara ayılarının ümumi sayı Meksika, ABŞ və Kanadada 800 mindən çoxdur. Meksikanın Ətraf Mühit və Təbii Sərvətlər Nazirliyi isə nəsli kəsilməkdə olan bu növün yaşayış mühitinin urbanizasiya səbəbindən məhv edildiyini bildirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB