...Beynəlxalq Atom Enerjisi Agentliyinin Rəhbərlər Şurası Rusiyadan “Zaporojye atom elektrik stansiyasına qarşı fəaliyyətləri dərhal dayandırmağı” tələb edən qətnamə qəbul edib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya və Çin sənədin qəbuluna qarşı çıxıblar.
İdarə Heyəti Rusiyanı “Zaporojye AES-ə və Ukraynadakı hər hansı digər nüvə obyektlərinə qarşı bütün hərəkətləri dərhal dayandırmağa” çağırır. Sənəd 26 səslə qəbul edilib. İki ölkə - Rusiya və Çin buna qarşı çıxıb. Daha 7 ölkə isə (Misir, Cənubi Afrika, Seneqal, Burundi, Vyetnam, Hindistan və Pakistan) bitərəf qalıb.
Bu qətnamədə Beynəlxalq Atom Enerjisi Agentliyinin Rəhbərlər Şurası Rusiyanın “Ukraynadakı nüvə obyektlərinə qarşı zorakı hərəkətlərinə, o cümlədən Rusiya qüvvələrinin və “Rosatom” əməkdaşlarının Zaporojye AES-də qalmasına” təəssüflənir.
Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi Beynəlxalq Atom Enerjisi Agentliyi Şurasının qətnaməsini “anti-Rusiya” adlandırıb. Onlar əlavə ediblər ki, Rusiya və Çin qətnamənin əleyhinə səs verib, daha 7 ölkə isə bitərəf qalıb.
“Beləliklə, bəşəriyyətin əksəriyyəti bu layihəni dəstəkləməkdən imtina edib”.
Bunu da daimi nümayəndəlik bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB