Bu arada Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq CNN telekanalına açıqlamasında NATO ölkələrində silah ehtiyatlarının əhəmiyyətli dərəcədə azaldığını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti” yazır.
Yens Stoltenberq alyansın anbarlarında çoxlu sayda müxtəlif silah və sursatın olduğunu bildirsə də, amma bu silahların əhəmiyyətli hissəsinin Qərb ölkələrinin dəstəyi çərçivəsində Kiyevə göndərildiyini etiraf edib.
Silah-sursatla bağlı ehtiyatların tezliklə bərpa edilməli olduğunu vurğulayan NATO-nun baş katibi, bunu mümkün qədər tez etmək üçün müdafiə sənayesi ilə əlaqə saxlamağın vacibliyini də bildirib.
Yeri gəlmişkən ABŞ kəşfiyyatının keçmiş zabiti Scott Ritter bir müddət əvvəl NATO-nun həddən artıq çox silah və hərbi texnika itirdiyini bildirmişdi.
Ukraynaya tədarük edilən silahların “boşa xərcləndiyini” deyən keçmiş zabit, bunların yerini sonradan doldurmağın çətin olacağının xəbərdarlığını da edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB