...“Sibirin gücü-2” Rusiyanın “Şimal axını-2” qaz kəmərini de-fakto əvəz edə bilər.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının baş nazirin müavini Aleksandr Novak “Rossiya-1” telekanalının efirində bildirib.
Novakın sözlərinə görə, “Sibirin gücü-2” qaz kəmərinin tikintisi 2024-cü ildə başlaya və 2029-cu ildə başa çatdırıla bilər. Plana görə, qaz kəməri Sibir yataqlarındakı qazı Çinin Sincan-Uyğur Muxtar Rayonu ilə birləşdirməlidir.
Qeyd edək ki, “Sibir gücü”nün ilk qolu 2019-cu ildə işə salınıb və Çayandinskoye qaz yatağı ilə Çini birləşdirib.
Rusiyalı nazir müavini qeyd edib ki, Rusiya yaxın gələcəkdə "Sibirin gücü-2" qaz kəməri ilə tədarük haqqında Çinlə müqavilə bağlamaqla Avropaya gedən qaz ixracının həcmini kompensasiya etməyi planlaşdırır.
Novak Çinin həm boru kəməri, həm də mayeləşdirilmiş təbii qaz istehlakında artım müşahidə edildiyini bildirib.
Bundan başqa, nazir müavini Rusiyanın Türkiyəyə də qaz nəqlinin artırılması məsələsini nəzərdən keçirməyə hazır olduğunu bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB