Belarusun başçısı Aleksandr Lukaşenko Ukraynadan gələn və çətin həyat vəziyyətində olan vətəndaşlara belaruslularla eyni hüquqlar verildiyi barədə fərman imzalayıb.
SİA bu barədə rus saytlarına istinad edir.
Belarus Teleqraf Agentliyi olan “Belta”ya görə, ukraynalı qaçqınlar üçün məktəbəqədər, ümumi və xüsusi təhsil hüququ; respublika və (və ya) yerli büdcələrin vəsaiti hesabına və ya ödəniş şərtləri ilə peşə, orta ixtisas və ali təhsil almaq; əlverişli tibbi xidmət; uşaqlar üçün müavinətlərin və pensiyaların təyin edilməsi təmin edilir.
Bundan əlavə, fərmanın müddəalarına əsasən, Ukrayna vətəndaşları Belarusda müvəqqəti olma qeydiyyatına görə dövlət rüsumunu ödəməkdən azad edilir; ölkədə müvəqqəti yaşamaq üçün icazə verilir; daimi yaşayış icazəsi üçün müraciətinə baxılır; biometrik yaşayış icazəsinin verilməsi də təmin edilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB